Qadın kənd tualetindəki çuxura yıxılıb boğuldu

  • 07 İyn 2022 15:33
  • 1741 Baxış
Qadın kənd tualetindəki çuxura yıxılıb boğuldu


57 yaşlı qadın kənddə ümumi küçə tualetində çalaya düşərək həyatını itirib.


Bakupost.az xəbər verir ki, hadisə Rostov əyalətində Qruzin mərkəzi küçəsində baş verib.

Şəxsi həyətdə olan, küçədən keçənlərin də istifadə etdiyi həmin ayaqyolunun döşəməsinin taxtaları çox köhnə idi. Görünür taxtalar qadının ağırlığına tab gətirməyərək çöküb.

Qadın quyudan çıxa bilməyib. Evdə onun gəlmədiyini görüb fövqəladə xidmətə zəng ediblər.

Hadisə yerinə gələn xilasedicilər qadını quyudan çıxarsalar da o çoxdan boğulub ölmüşdü.

Qeyd edək ki, əyalətlərdə və kəndlərdə şəxsi və ümumi tualetlərin çoxu bu vəziyyətdədir. Bir müddət əvvəl də belə tualetdə azyaşlı boğulmuşdu.