Qadın kişi olmadan özü nəsil artıra bilər – Elmir Əkbər

  • 2023.08.28 19:50
  • 4787 Baxış
Qadın kişi olmadan özü nəsil artıra bilər   – Elmir Əkbər

Əgər Yer üzündə hər kəs məhv olub, təkcə qadınlar qalsa, onlardan kişinin iştirakı olmadan nəsil artırmaq olar. Elm bunu mümkün edir. Necə? Klonlaşdırma ilə.

“Medicina” xəbər verir ki, bu fikri psixoloq Elmir Əkbər “podkast” layihəsində bildirib.

“Bu belə izah edilir ki, yumurtahüceyrənin nüvəsi götürülür, ora hər hansı orqanizmin, bədənin hüceyrə nüvəsini qoyursuz, bu birləşmədən yumutahüceyrə bölünüb o nüvənin eyninə çevrilir və uşaq doğula bilər.

Amma qadın olmasa kişi təkcə öz spermi ilə nəsil artıra bilməyəcək.

Heyvanlar aləmində də belə şey var. Bəz balıqlar erkək balıq olmayanda kürünü tökür, mayalanmamış balıqdan dişi balıqlar yaranır. Beləcə, nəsil artır. Amma dişi balıq olmasa, erkək balıqdan heç nə yaranmır.

Hətta burda da qadınlar üstün mükəmməlliyə malikdirlər”.

Aygün Musayeva