Qadın komada ola-ola uşaq dünyaya gətirdi

  • 2022.11.04 16:32
  • 1846 Baxış
Qadın komada ola-ola uşaq    dünyaya gətirdi


Hindistandahamilə ikən qəzaya düşən 23 yaşlı qadın yeddi ay sonra sağlam uşaq dünyaya gətirib.

"Medicina" xəbər verir ki, beynində beş əməliyyat keçirən xəstə sağ qalsa da, komaya düşüb.

Müayinə zamanı qadının bətnindəki uşağın sağ olduğu üzə çıxıb. Zərərçəkənin əri bunu biləndən sonra hamiləliyin davam etməsi barədə qərara gəlib.

Yeddi ay sonra uşaq dünyaya gəlib, ancaq qadın hələ də komadan ayılmayıb.

Aygün M