Çox insanlar düşünür ki, münasibətlərdə hər şey açıq olur. Amma əslində bəzən gizli manipulyasiya var — görünməz, amma bədəni, hissləri və qərarları idarə edir.
Siz hiss etməsəniz də, qarşı tərəf davranışlarınızı yönləndirir.
Medicina.az gizli manipulyasiyanın 5 əsas formasını təqdim edir:
Duyğu ilə idarə etmək
Sizdən daim “mən səni sevirəm” eşidirsiniz, amma əslində hər davranışınızdan öz məqsədinə xidmət edir.
Sevgi maskası altında daxili güc balansınızı dəyişdirir.
Gizli günahlandırma
Kiçik səhvlərinizi daim üzərinizə yıxır
Siz özünüzü müdafiə etməyə çalışdıqca daha da manipulyasiyaya açıq olursunuz.
Məlumatı idarə etmək
Sizə lazım olan məlumatı gec verir və ya qismən verir
Bu, sizin qərar qəbul etmə imkanınızı məhdudlaşdırır.
Əhəmiyyət və diqqəti geri çəkmək
Hisslərinizi dəyərləndirmir, sizi kiçildir.
Siz isə bu diqqəti qazanmaq üçün daim “çaba göstərirsiniz”
Sabitliyi pozmaq
Arada isti, arada soyuq davranışlar.
Bu, beyninizdə qarışıqlıq yaradır və siz hər şeyi onun ritminə uyğun etməyə başlayırsınız.
Gizli manipulyasiya sizi yalnız emosional deyil, fiziki olaraq da yorur.
Beyin daim “nəyi düz etməliyəm?” sualına cavab axtarır
Stress hormonları yüksəlir
Öz daxili gücünüzü itirirsiniz
Aygün Musayeva