Amerikada bir cütlük ilk övladlarına qoyulacaq ada görə razılaşa bilmir. Kişi hətta problem sosial şəbəkədə müzakirələrə də çıxarıb.
“Medicina” xəbər verir ki, qadın hələ uşaq ikən ölən sevimli itinin şərəfinə qızına Lassie adını vermək istədiyini bildirib.
Ər isə körpəyə itin adının verilməsinin qəti əleyhinədir. Bu həm qəribə, həm də tamamilə axmaq bir qərardır. Amma arvad təslim olmur.
Şərhçilər kişiyə gələcək qızlarının ölən itlə heç bir əlaqəsi olmadığını arvadına xatırlatmağı məsləhət görürlər. Qızın öz həyatı və öz adı olmalıdır. Hətta o ada bənzər başqa ad təklif olunub: qıza Lacey adını vermək olar, ən azı itin adına bənzəmir.
Aygün Musayeva