Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamilə qadının qaraciyərində döl aşkarlandı - Tibbdə şok - VİDEO

  • 2021.12.17 13:32
  • 2426 Baxış
Hamilə qadının qaraciyərində döl aşkarlandı  - Tibbdə şok - VİDEO

Tibb dünyası nadir hamiləlik hadisələrdən biri ilə qarşılaşıb.

Kanadada səhhətində problem yaranan 33 yaşlı qadını müayinə edən həkimlər gördüklərinə inanan bilməyiblər.

Manitoba Universitetinin tədqiqat institutunda çalışan həkim Maykl Narvi özünün sosial şəbəkədəki hesabında bildirib ki, qadında dölün qaraciyərdə inkişaf etməyə başladığını aşkarlayıb.

"Mən düşünürdüm hər şeyi görmüşəm, daha heç nəyə təəccüblənmərəm" - deyən həkim, bu hadisəni öz təcrübəsində birinci hal adlandırıb.