Qadınlar səhərlər idman məşqi etməlidir - Səbəb

  • 2022.10.04 14:50
  • 1488 Baxış
Qadınlar səhərlər idman məşqi etməlidir   - Səbəb


Qadınlar əgər səhər fitnes və idman məşqi edərsə, qarın hissədə daha çox piy, yağ itirə bilər, nəinki axşam.

"Medicina" xəbər verir ki, bu qənaətə amerikan alimləri gəlib.

Yeni elmi araşdırma göstərib ki, qadınlara axşam saat 5-dən sonra məşq etmək elə də faydalı deyil.

Səhər idmanı həm beli incəldir, həm təzyiqi normada saxlamağa kömək edir.


Alimlər kişi və qadınları 2 qrupa bölərək? bir qrupa saat 6-8 arası səhər idmanı, digər qrupa axşam 6-8 arası idman təyin ediblər.
Məşqlər eyni idi və 35 dəqiqə çəkirdi: bura yoqa, pilates, aerobika aid idi.

12 həftədən sonra məlum olub ki, kişilər üçün səhər-axşan idmanı eyni dərəcədə təsir edib.

Amma qadınlarda səhər idmanı bədəndə 3-5% daha çox piy yandırıb. Səhər qrupunun fiziki forması axşamdan daha yaxşı olur.
Düzdür, axşam məşqləri qadınların bədənin yuxarı hissəsinə 7% daha yaxşı təsir edib.


Aygün Musayeva