Qadınlarda süd vəzilərdə ağrıların səbəbləri– Mammoloq onkoloq

  • 2021.05.03 18:45
  • 2279 Baxış
Qadınlarda süd vəzilərdə ağrıların səbəbləri – Mammoloq onkoloq


Bu gün mütəmadi və ya ara-sıra süd vəzilərində ağrı hiss edən gənc qadınların sayı artır. Bir çoxları süd vəzidə ağrı olan kimi, müasir dövrün bəlası olan süd vəzi şişindən şübhələnir və xərçəngdən qorxur. Halbuki bu ağrıların müxtəlif səbəbləri ola bilər. Hər ağrıyan süd vəzi xərçəngdən xəbər verirmi?



Medicina.az həkim mammoloq Rəna Abdullayevanın açıqlamasında ağrıların səbəblərini təqdim edir:


“ Süd vəzidə ağrılar hər gün müraciət edən xəstələrin 90%-də rast gəlinir. Bu ağrılar üçün yaş aralığı yoxdur. Çox gənc xanımlarda da süd vəzilərində ağrılar ola bilər.

Tibdə bu ağrı sindromu Mastalgiya adlanır.

Bu ağrılar birtərəfli və ikitərəfli olur. Elə ağrılar var toxunduqda hiss edilir, eləsi də olur toxunmadan ağrı olur.
Süd vəzi ağrılarının yaranma səbəbləri 2-dir.

İntramamar – yəni süd vəzi daxilində, ekstramamar yəni süd vəzidən kənarda olan amillər və patologiyalardan qaynaqlanan.

İntramamar ağrı ikitərəfli, menstrual tsikl zamanı artan və süd vəzinin özündə dəyişikliklərlə əlaqəli olur.
Bəzən laktasion, qeyri-laktasion mastit, travma, kistlərin iltihablaşması ağrı verir.

Ekstramamar zamanı bir süd vəzi ağrıyır, daha çox qola, kürəyə yayılır. Bu süd vəziyə yaxın ətraf orqan və toxumalardan, sümük, onurğa, oynaqlar, qabırğalarası sinir, əzələ, sinir ağrılarından ola bilər.

Süd vəzi xərçəngində də ağrılar olur. Həm bəd, həm də xoşxassəli şişlərdə ağrı bəzən gecikmiş simptom ola bilər. Ona görə müəyyən yaş qrupunda qadınlar ildə 1 dəfə mammoloq müayinəsindən keçməlidir”.