Qadınlarda testosteron çoxluğunun əlamətləri - Cod tüklər

  • 2022.09.22 12:24
  • 2190 Baxış
Qadınlarda testosteron çoxluğunun əlamətləri  - Cod tüklər


Qadınlarda testosteron hormonu pozulması çox böyük problemlər yaradır.

"Medicina" xəbər verir ki, endokrinoloq Olqa Luşnikova əsas əlamətləri açıqlayıb.

Dəridə qızartı, səpkilər, baş dərisinin, saçların həddən artıq yağlılığı, bədənin uyğun olmayan yerlərində məsələn kürəkdə, qarında, sinədə kobud cod tüklər orqanizmdə testosteron artıqlığına işarədir.


İlk siqnallardan biri qadında baş ağrıları, üzün qızarmasıdır.

Eləcə də belə qadınlar gərgin, əsəbi olur, aqressiya göstərir, qolaltı çökəkdə rəng dəyişir.

Belə halda ginekoloq endokrinoloqa müraciət edib, lazımı hormonal analizlər təyin olunur.

Bu əlamətlər gənc qızlarda da ola bilər. Analar diqqətli olmalıdır.

Aygün Musayeva