Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qan damarları printerdə çap olundu

  • 2024.11.28 19:00
  • 1053 Baxış
Qan damarları printerdə çap olundu

Niderlandın Tvente Universitetinin alimləri kiçik qan damarlarının yüksək dəqiqliklə 3D çapı üçün DNA fraqmentlərindən ibarət qabaqcıl biomürəkkəblər yaradıblar.

Bakupost.az xəbər verir ki, araşdırmanın nəticələri Advanced Healthcare Materials (AHM) jurnalında dərc edilib.


Orqanların 3D çapının yeni metodlarının inkişafı tibbdə əsl inqilaba çevrilə bilər. Əsas çətinliklərdən biritoxumaların lazımi qida maddələri və oksigenlə təmin edilməsidir. Qan damarları olmadan bu toxumalar yetərincə qidalanmır və "hüceyrə tullantılarından" xilas ola bilmədikləri üçün səmərəli şəkildə fəaliyyət göstərə bilmirlər.


Mühəndislər və bioloqlar artıq qan damarlarını necə çap etməyi öyrəniblər, lakin laboratoriyada yetişdirildikdə və ya orqanizmə implantasiya edildikdə onların sabitliyi tez-tez pozulur ki, bu da toxumanın effektivliyini azaldır.


Hollandiyalı alimlər proqramlaşdırıla bilən bio-mürəkkəblər hazırlayaraq bu problemin həllini tapıblar. Bu mürəkkəblər damarların inkişafını dinamik şəkildə idarə edir.


Bio-mürəkkəblər zamanla damarların böyüməsini və dəyişməsini tənzimləyə bilir ki, bu da daha sabit və uzunömürlü süni toxumaların yaradılması üçün perspektivlər açır.