Qan şəkərinin səviyyəsini nəzarətdə saxlamaq üçün bəzi qidalar faydalı ola bilər.
Medicina.az xəbər verir ki, dietoloq Kristina Burqos bildirib ki, alma sirkəsi ilə yanaşı, gündəlik qidalanmada üç məhsula da diqqət etmək lazımdır.
Mütəxəssisin sözlərinə görə, mərcimək və digər paxlalılar, yulaf lopaları, eləcə də yaşıl tərəvəzlər qan şəkərinin sürətli yüksəlməsinin qarşısını almağa kömək edə bilər.
Bu qidaların tərkibindəki liflər və yavaş həzm olunan karbohidratlar qlükozanın qana daha tədricən keçməsini təmin edir.
Alma sirkəsinin də yeməkdən sonra qan şəkərinin artımını müəyyən qədər azalda biləcəyi qeyd olunur.
Mütəxəssislər qan şəkərini balansda saxlamaq üçün sağlam qidalanma, düzgün həyat tərzi və həkim tövsiyələrinə əməl etməyin vacib olduğunu bildirirlər.
Xanım,
Medicina.az