Davamlı qlükoza monitorları (CGM) son illərdə diabeti olmayan insanlar arasında da geniş yayılmağa başlayıb.
Medicina.az xəbər verir ki, bu barədə NewsMedical yazıb.
Bildirilib ki, bu cihazlar qidalanma, idman və ümumi sağlamlığı izləmək məqsədilə istifadə olunur.
Lakin yeni araşdırmaya görə, sağlam insanlarda bu texnologiyanın xəstəliklərin qarşısını aldığı və ya sağlamlığı yaxşılaşdırdığına dair elmi sübut yoxdur.
Mütəxəssislər bildirirlər ki, CGM cihazları xüsusilə 1-ci və 2-ci tip diabet xəstələri üçün faydalı ola bilər. Onlar müalicənin tənzimlənməsini asanlaşdırır, tez-tez barmaqdan qan götürmə ehtiyacını azaldır və bəzi xəstələrdə qan şəkərinin göstəricilərini yaxşılaşdırmağa kömək edir.
Lakin diabeti olmayan şəxslərdə cihazların yaratdığı çoxsaylı məlumatlar yanlış şərh oluna, lazımsız pəhriz məhdudiyyətlərinə və narahatlığa səbəb ola bilər.
Xanım,
Medicina.az