Qanaxmanı dərhal saxlayan dərman çıxdı

  • 2024.04.15 17:12
  • 525 Baxış
Qanaxmanı dərhal saxlayan dərman çıxdı
Təcili qanaxmalar və ağır hallarda həkimlərin qanaxmanı dayandırmaq üçün istifadə edə biləcəyi yeni nəsil dərman hazırlanıb.


“Medicina” xəbər verir ki, Ryazan Tibb Universitetinin alimləri gialuron turşusu əsasında qanaxmanı 15 saniyəyə dayandıran preparat kəşf edib.


Yeni vasitənin birləşdirici, bağlayıcı təsiri yüksəkdir və yaraya möhkəm yapışır.
Bundan əlavə, dərman yüksək antiseptik təsirə malikdir.

Bu, müxtəlif qəza, travma və klinika şəraitində yaraları tez bağlamaq və yaranın çirklənməsinin qarşısını almağa yardım edəcək.

Dövlət qeydiyyatını gözləyən dərman 3 aya satışa çıxacaq.


Aygün M