Qanda kreatinin yüksəlməsinin ƏLAMƏTLƏRİ

  • 2022.10.14 19:39
  • 7683 Baxış
Qanda kreatinin yüksəlməsinin     ƏLAMƏTLƏRİ

Kreatin əzələlərdə yaranan maddədir. O, əzələlər üçün enerji mənbəyidir. Kreatin məhz əzələlərdən qana düşür, ordan böyrəklər vasitəsilə süzülüb atılır.


Əgər böyrəklərdə kreatin çoxalarsa, bu çox xəstəliklərdən xəbər verir.

"Medicina" xəbər verir ki, çox zaman insanlar kreatinin artmasının əlamətlərini bilmir və buna fikir vermir.

Qanda və ya sidikdə kreatinin artmasını göstərən əlamətlər:

- Belin aşağı hissəsində dartıcı, yandırıcı ağrı
- Bədəndə ödem, şişkinlik

- Sidiyin çıxmasının azalması, pozulması
- Əzələ qıcolmaları

- Əzələ və oynaqlarda ağrılar
- Daim yorğunluq hissi

- Ürəkbulanma, iştahsızlıq
- Hərəkətdə olanda ağrı

- Böyrəklərdə ağırlıq, ağrı, onurğaya yayılan ağrı

Əgər bu əlamətlər varsa, mültəq qanda kreatin analizi verin.

Aygün Musayeva