Müasir dövrün bəlası qanın qatılaşması erkən ürək xəstəliklərinin səbəbidir. Amma bunun qarşısını cavanlıqdan almaq olar.
Medicina.az xəbər verir ki, , ümumi praktikant Nadejda Çernışova qanın qatılaşmasının qarşısını almaq üçün daha çox su içməli olduğunu deyib.
Onun sözlərinə görə, mayenin həcmi bir litrdən az olmamalı, təxminən 1,5-2 litr olmalıdır.
Həkim izah etdi ki, qanın qatılaşmasının ən çox yayılmış səbəbi susuzlaşmadır.
O, həmçinin daha çox idman etməyi tövsiyə etdi, çünki gəzinti zamanı hətta orta temp belə ürəkdən ən kiçik kapilyarlara qan axınını yaxşılaşdırır.
Nəhayət, insanlar spirtli içki və siqaretdən çəkinməli və qəhvə istehlakını gündə iki fincanla məhdudlaşdırmalıdır.
Qanın qatılaşması təhlükəlidir, çünki bu, infarkt və ya insult yarada bilər.
Aygün Musayeva