Qara düyü insan həyatını xilas edə bilər – ALİMLƏR

  • 2024.03.28 20:39
  • 1006 Baxış
Qara düyü insan həyatını xilas edə bilər  – ALİMLƏR

ABŞ alimləri rasiona qara düyü daxil etməyin insanın həyatını xilas edəcəyi qərarına gəliblər.


“Medicina” xəbər verir ki, alimlər bu düyünün unikal təsirə malik oldunu sübut edib.

O orqanizmi onkoloji və ürək xəstəliklərindən qoruya bilər.

Ağ düyü əvəzinə qara düyü orqanizmin ümumi tonusunu qaldırır.

Alimlər qara düyünü belə faydalı edən tərkibindəki antosianin piqmentini göstərir.

Bu maddə qırmızı kələmdə də var.

Qara düyünü yetişdirmək asan deyil.
Ona görə o, delikates qədər bahadır.


Qara düyü hüceyrələrin dağılmasının, qocalmasının qarşısını alır, şəkər, xərçəng və ürək xəstəliyinə qarşı təsiri var.

Alimlər son illərdə qara düyüyə gen modifikasiyası edərək, onu daha da faydalı ediblər.

Əgər eksperimentlər uğurlu olsa, qara buğda, qarğıdalı, yulaf yetişdirmək mümkün olacaq.

Qara düyü kütləvi istehsal olunmalı, əlçatan olmalıdır.

Aygün Musayeva