Qara üzümün möcüzəvi faydası tapıldı

  • 2023.09.05 21:02
  • 1795 Baxış
Qara üzümün möcüzəvi faydası  tapıldı

Qara, tünd rəng üzüm ağ üzümə nisbətən daha çox antioksidantlarla zəngindir.

“Medicina” xəbər verir ki, həkim Yelena Solomatina qara üzümün tərkibində olan polifenollar qocalmanın qarşısını alır, ürəyi gəncləşdirir.

“Üzüm özü ürək-damar, sinir sistemini qoruyur, turşu-qələvi mühitini yaxşılaşdırır, oksidləşmə prosesinin qarşısını alır.
Əlavə olaraq, üzümdə çox miqdarda kaliy var ki, o da bədəndən artıq mayeni çıxarır, təzyiqi salır.

Maqniy isə bağırsaq və sinir sistemini gücləndirir.

Diabet, insulin dirənçi xəstəliyi olanlar üzümü çox az yeməlidir, çünki qanda şəkəri kəskin qaldırır”.

Aygün Musayeva