Qarabaşaqdan dadlı şorba – RESEPT

  • 2019.05.11 18:52
  • 33360 Baxış
Qarabaşaqdan dadlı şorba –  RESEPT
Qarabaşaq (qreçka)olduqca faydalı məhsuldur. Adətən onu suda bişirib qarnir kimi yeyirlər və ondan çox fərqli bir yeməklər hazırlanmadığına görə çox adam da yemək istəmir. Amma qarabaşaqdan dadlı şorba da hazırlamaq olar. Bu düyü şorbasından daha faydalıdır. Xüsusən uşaqlar, xəstələr, diabetlərin sevimli şorbası olmağa layiqdir.


Medicina.az bəlkə də heç vaxt dadmadığınız şorbanın reseptini təqdim edir:


Ərzaqlar:


Toyuq əti – 500 qr

Qarabaşaq – 200 qr

Kartof – 3 ədəd

Soğan -1 ədəd

Kök -1 ədəd

Dəfnə - 2 ədəd

Duz, istiot

Bitki yağı – 2 xörək qaşığı

Şüyüd


Hazırlanması:


İlk olaraq dadlı, ətirli bulyon hazırlamalısız. Qazana 2 litr su alıb, bura sümüklü  toyuq əti, bir baş soğan, yarım kök, dənəli istiot, dəfnə atıb qaynadırsız. köpüyünü yığırsız. Daha sonra bulyon süzülür, toyuq ətini sümükdən ayırırsız, kök və soğanı isə ata bilərsiz.


Ayrıca tavada bir soğan doğranılıb, yağda qovrulur. Bura sürtgəcdən keçirilmiş yarım kök əlavə edib, pörtlədilir. Kartof soyulur, kub formasında doğranılır.

Qarabaşaq təmizlənir, soyuq su ilə yuyulub, süzülür, quru tavada yağsız 4-5 dəqiqə qovrulur. 


Bulyona sumukdən ayrılmış toyuq, kartof əlavə edilib, 5 dəqiqə bişirilir, daha sonra tavadakı soğanlı kök, qahabaşaq, 10 dəqiqə bişirilir. Sona yaxın duz, istiot səpilir. 


Süfrəyə verdikdə üzərinə şüyüd səpilir.