Qaraciyər nəqli əməliyyatından sonra sağlamlığını bərpa edən məşhur aktyor Ufuk Özkanın son şəkli paylaşılıb. Ailəsi ilə çəkilmiş fotoda Özkan son dərəcə sağlam və gümrah görünüb.
Medicina.az xəbər verir ki, qaraciyər nəqli əməliyyatı keçirən Ufuk Özkanın son şəkli pərəstişkarları ilə paylaşılıb.
Sirroz diaqnozu qoyulan və uğurlu qaraciyər nəqli əməliyyatı keçirən məşhur aktyor Ufuk Özkan çətin günləri geridə qoyub. Müalicə prosesindən sonra tez bir zamanda sağalıb sağlamlığını bərpa edən Özkan son görünüşü ilə pərəstişkarlarını sevindirib.
Məşhur aktyorun ailəsi ilə birlikdə çəkilmiş şən şəkli paylaşılıb və onun son dərəcə sağlam və enerjili olduğunu görünüb. Çətin sağlamlıq mübarizəsini dəf edən Özkanın tezliklə layihələrə qayıtması gözlənilir.
Aygün
Medicina.az