Qaraciyər sirrozu qaraciyər toxumasının tədricən zədələnməsi və çapıqlaşması ilə xarakterizə olunan ciddi xəstəlikdir. Erkən mərhələdə simptomlar zəif ola bilər, buna görə də analiz və müayinələr xüsusi əhəmiyyət daşıyır.
Medicina.az xəbər verir ki, digər orqanlar kimi qaraciyər də ildə 1 dəfə yoxlanmalıdır.
Qaraciyər sirrozu nə ilə şübhələnilir?
Yorğunluq və halsızlıq
Dəridə saralma
Qarında şişkinlik (assit)
İştahsızlıq
Çəki itkisi
Vacib analizlər:
1. Qaraciyər fermentləri (biokimyəvi analiz)
ALT (alanin aminotransferaza)
AST (aspartat aminotransferaza)
2. Bilirubin
Ümumi və birbaşa bilirubin
Yüksəlməsi sarılıq və qaraciyər funksiyasının pozulmasını göstərir.
3. Albumin
Qaraciyərin zülal istehsal etmə qabiliyyətini göstərir.
Sirrozda adətən azalır.
4. Protrombin vaxtı (INR)
Qanın laxtalanma qabiliyyətini göstərir.
5. Ümumi qan analizi
Anemiya
Trombositlərin azalması
Sirrozda tez-tez rast gəlinir.
5. Hepatit virus paneli
Qaraciyəri zədələyən virusdur.
Müayinələr:
1. Qaraciyər USM (ultrasəs)
Qaraciyərin ölçüsü və quruluşu
Assit (qarında maye)
2. Fibroskan (elastoqrafiya)
Qaraciyərin sərtliyini ölçür
Sirroz dərəcəsini göstərir.
3. Kompüter tomoqrafiyası (KT) / MRT
Daha detallı görüntü verir
Şiş və ağırlaşmaları aşkar edir.
Qaraciyər biopsiyası
Dəqiq diaqnoz üçün istifadə olunur
Aygün Musayeva