Qaraciyərdən artıq yağları çıxaran - 4 ərzaq

  • 2022.11.10 13:33
  • 3605 Baxış
Qaraciyərdən artıq yağları çıxaran    -  4 ərzaq


Qaraciyəri təmizləmək üçün onun toxumasını piylənmədən qorumaq lazımdır.

"Medicina" xəbər verir ki, həkim kardioloq Olqa Bokeriya bunun üçün sadə qidaları açıqlayıb.

"Qaraciyər qəbul etdiyimiz bütün tossiki maddələri, dərmanları daxilindən keçirir. Müxtəlif dərmanlar qəbul edənlər xüsusilə onu dəstəkləməlidir.

Qaraciyərin yağlı hepatozu bir çox yaşlı, xəstə insanlarda rast gəlinir.

Şəkər, yağlı qidalar, rafinə olunmuş qidalar qəbul edənlərdə, az hərəkət edənlərdə qaraciyərdə yağ toplana bilir.
Bu yağları qaraciyərdən çıxarmaq üçün bəzi qidaları yeyə bilərsiz.

Bunlar kələm, ispanaq, toyuq yumurtası, çuğundurdur.

Yumurtada olan xolin qanda yağları azaldır.
Çuğundur isə iltihabı götürür, ödün çıxmasını tənzimləyir.

Qaraciyərə yaxşı təsir edən ərzaqlardan biri də limondur. O da qaraciyərdə yağ toplanmasının qarşısını alır"

Aygün Musayeva