Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qarın ağrısı ilə xəstəxanaya getdi - Mədəsində diri ilan balığı tapıldı

  • 2025.07.07 10:36
  • 284 Baxış
Qarın ağrısı ilə xəstəxanaya getdi -  Mədəsində diri ilan balığı tapıldı

Çinin Hunan əyalətində inanılmaz hadisə baş verib.

"Unikal" xəbər verir ki, Huaihua ştatında 30 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edib və onun mədəsində canlı ilan balığı tapılıb.

Belə ki, Hunan Tibb Universitetində çəkilən KT müayinəsi zamanı yad cismin mədədən keçərək qarın boşluğuna girdiyi məlum olub. Həkimlər ölüm riskini nəzərə alaraq kişini təcili əməliyyata aparıblar.

Həkimlər əməliyyat zamanı kişinin bağırsaq divarına və qarın boşluğuna nüfuz etmiş diri ilan balığı tapıblar.

Cərrahlar balığı tutub çıxarıblar, sonra qalın bağırsağın zədələnmiş hissəsini tikiblər və infeksiya riskini minimuma endirmək üçün qarın boşluğunu duzlu su ilə təmizləyiblər.

Əməliyyatdan sonra xəstə tez sağalıb və evə buraxılıb. Lakin ilan balığının taleyi ilə bağlı məlumat paylaşılmayıb.




Qarın ağrısı ilə xəstəxanaya getdi -  Mədəsində diri ilan balığı tapıldı