Aylarla kardio məşqləri edib, yüzlərlə qarın hərəkəti yerinə yetirsəniz də, bel çevrəniz incəlmir? Mütəxəssislər bildirirlər ki, yalnız qarın hərəkətləri etməklə oradakı piyləri əritmək imkansızdır.
Medicina.az xəbər verir ki, Almaniyanın populyar “Focus” nəşrinə danışan məşqçi Erik Boulinq qarın nahiyəsini həqiqətən incəltmək üçün ən effektiv vasitə ağırlıq (güc) məşqləri olduğunu bildirib.
Mütəxəssis qarın piylərindən qurtulmağın 3 qızıl qaydasını açıqlayıb:
Ağırlıq qaldırın: “Squat” (çömbəlmə) və “deadlift” kimi böyük əzələ qruplarını işlədən hərəkətlər əzələ kütləsini artırır. Əzələ artdıqca bədən hətta oturduğunuz yerdə bile daha çox kalori yandırır (metabolizma sürətlənir).
Həftədə 3 dəfə məşq edin: Məşqlər zamanı ağır çəkilərdən istifadə etmək və zamanla bu çəkiləri tədricən artırmaq lazımdır.
Kompleks yanaşın: Güc məşqlərini yüngül kalori defisiti (düzgün qidalanma), keyfiyyətli yuxu və stresin idarə olunması ilə birləşdirdikdə qarın və daxili (visseral) piylər sürətlə əriməyə başlayır.
Xanım,
Medicina.az