Assit kimi də tanınan qarın şişkinliyi, yağlı qaraciyər xəstəliyini və ya xərçəngi göstərə bilər.
Yağlı qaraciyər xəstəliyi bu orqanda yağ yığılması üçün ümumi bir termindir. Bu tip piylənmə həddindən artıq spirtli içki qəbulu, ümumi piylənmə və yüksək qan xolesterolu səbəbindən yarana bilər.
Qaraciyərdə yağ yığılması təhlükəlidir, çünki iltihabı tetikleyebilir və zamanla orqan toxumasına ciddi zərər verə bilər, sərtləşməyə və çapıqlanmaya, fibroza və sirroza səbəb ola bilər.
Medicina.az xəbər verir ki, hepatoloq Vladislav Savelyevin sözlərinə görə, yağlı qaraciyər xəstəliyi irəlilədikcə qan axınının yavaşlaması və qaraciyərə aparan damarın zədələnməsi ilə əlaqəli proseslər baş verir. Nəticədə, qarında mayenin artması ilə xarakterizə olunan assit inkişaf edir.
"Maye yığılması qarın ağrısına və şişkinliyə səbəb olur. Çox miqdarda maye nəfəs darlığına səbəb ola bilər. Bu, mayenin diafraqmaya basması və bu da öz növbəsində ağciyərlərin aşağı hissələrini sıxması səbəbindən baş verir".
Lakin yağlı qaraciyər xəstəliyi və sirroz assit yarada biləcək yeganə hallar deyil. Həkim qeyd etdi ki, şişkinlik hissi qarın boşluğu orqanlarının xərçənginin inkişafı ilə də izah edilə bilər.
Həkimlər qarın şişkinliyini təhlükəli ürək xəstəliyinin əlamətlərindən biri kimi müəyyən ediblər.
Mütəxəssis assitlə əlaqəli xəstəlikləri sadaladı: "Apneksin, yoğun bağırsaq, yumurtalıqların, uşaqlığın, mədəaltı vəzinin və qaraciyərin xərçəngi".
Şişkinliyə əlavə olaraq, qaraciyər xəstəliyi göyərmə, çox tünd sidik, qatı nəcis, qaşınma və əhval dəyişikliyi kimi simptomlarla da özünü göstərir.
Aygün