Qarın yağlarını əridir - 1 stəkan suya 2 qaşıq əlavə edin

  • 2022.10.31 16:00
  • 1748 Baxış
Qarın yağlarını əridir  - 1 stəkan suya 2 qaşıq əlavə edin


Qarın nahiyəsindəki piylərdən qurtulmaq düşündüyünüz qədər asan deyil... Müntəzəm olaraq pəhriz və idman etsəniz belə, bu bölgədəki piyləri yandırmaq üçün vaxt lazımdır. Ancaq bəzi qidaların qəbulunu artıraraq, bədəninizdəki yağların parçalanmasına kömək edə bilərsiniz.

"Medicina" həmin qidaları təqdim edir:

Alma sirkəsi

Alma sirkəsi, müntəzəm olaraq qəbul edildikdə, qida ehtiyacını minimuma endirir. Bu, maddələr mübadiləsinin 20 faiz daha sürətli işləməsinə kömək edir. Yeməkdən əvvəl qəbul edilən alma sirkəsi toxluq hissi yaradır və artıq kalori qəbulunun qarşısını alır. Yağ yandırma xüsusiyyəti sayəsində bədəninizdəki yağların daha asan parçalanmasına kömək edir.

Bədəndəki zərərli toksinlərin və ödemlərin çıxarılmasını asanlaşdırır. Bunu edərkən hüceyrələrin daha çox oksigenə çatmasına da kömək edir.

Çia toxumu

Çia toxumları qida dəyəri baxımından çox zəngindir. Hər gün qəbul edilən çia toxumları mədədə uzun müddət toxluq hissi verir. Həddindən artıq kalori qəbulunun qarşısını alır. Çia toxumları sayəsində insanın qidaya olan ehtiyacı azalır. Çia toxumunun tərkibindəki təbii yağlar sayəsində özünüzü fit və enerjili hiss etməyə kömək edir. Bu, idman etməyinizi asanlaşdırır.

Kefir

Bir çox xəstəliyə şəfa verən kefir arıqlamağa da kömək edir. Kefir, tərkibindəki yüksək keyfiyyətli və zəngin zülallar sayəsində insanın qısa müddətdə arıqlamasına kömək edir.

Pəhriz zamanı kefir içmək pəhrizin sağlam və effektiv şəkildə irəliləməsinə kömək edir. Bundan əlavə kefirdə kalori miqdarı az olduğu üçün istənilən vaxt qəbul edilə bilər və uzun müddət tox saxladığı üçün idealdır. Həzm sistemini tənzimləyən kefir qəbizlik probleminin də qarşısını alır. Bədəndə yığılan ödemi və toksinləri çıxarmağa kömək edir. Qarın nahiyəsində şişkinliyi aradan qaldırır.

C vitaminli meyvələr

Xüsusilə C vitamini ilə zəngin olan meyvələr bel ətrafındakı piylərlə mübarizədə işinizi asanlaşdırır.

Kivi, portağal, naringi və qreypfrut qarın piylərinizi azaldarkən əsas köməkçiləriniz olacaq. Bol lifli bu meyvələr C vitamini baxımından da zəngindir. Qısa müddətdə yağ yandırmağa kömək edir. Bu qidaları qəbul edərək və hər gün 40-45 dəqiqə gəzərək, qarın nahiyənizdə yığılan piylərlə vidalaşa bilərsiniz.

Aygün