Qarın yağlarını əridir - Səhər yeməyindən 30 dəqiqə əvvəl...

  • 2022.10.06 12:15
  • 3385 Baxış
Qarın yağlarını əridir -  Səhər yeməyindən 30 dəqiqə əvvəl...
Qarın nahiyənizdə yığılan piylər hər dəfə güzgüyə baxanda sizi narahat edə bilər. Pəhriz və idman etsəniz belə, qarın piylərindən xilas olmaq düşündüyünüz qədər asan deyil.


Lakin bəzi sadə üsullarla bunu edə bilərsiniz.


Bakupost.az bildirir ki, metabolizmanı sürətləndirən və yağ yandırılmasını dəstəkləyən bu üsullar qısa zamanda istədiyiniz görüntüyə çatmağınıza kömək edir.


Qarın yağlarını əritməyin təbii yolları...


Günə ilıq su içərək başlayın

Arıqlamaq və fit bədənə sahib olmaq istəyirsinizsə, bol su içməlisiniz. Günə hər səhər 1 stəkan ilıq su içməklə başlasanız, daha qısa müddətdə yağ yandıra bilərsiniz. Səhər acqarına mütəmadi olaraq ilıq su içmək qarın piylərinizdən tez bir zamanda qurtulmanıza kömək edəcək. Əgər sınamaq istəyirsinizsə, ilıq suya bir az alma sirkəsi qataraq, daha incə bədənə sahib ola bilərsiniz.
Səhər acqarına kefir

Kefir şəfa mənbəyi kimi tanınır. Kefirlə immunitet sisteminizi gücləndirə bilərsiniz. Bu, bağırsaq hərəkətlərini tənzimləyərək həzm sisteminin işini dəstəkləyir. Ödemi və bədəndə yığılan toksinləri çıxarır, şişkinliyi aradan qaldırır. Səhər acqarına kefir içməklə qarın piylərini yandıra bilərsiniz.


Arıqlamaq üçün yulaf

Yulaf əzməsi sizi gün boyu tox saxlayar və artıq kalori qəbulunun qarşısını alar. Yulaf lifli tərkibi ilə həzmi asanlaşdırır. Bu səbəbdən yulaf əzməsini bir çox pəhriz siyahısında görə bilərsiniz. Arıqlamaq və piylərdən xilas olmaq üçün hər gün 1 kasa yulaf yeyə bilərsiniz.


Yulaf resepti


3-4 çiyələk
3 xörək qaşığı yulaf əzməsi
1 stəkan süd
2 qoz
1 çay qaşığı darçın


Süd və yulafı aşağı istilikdə yaxşıca bişirin.
Bir qaba qoyduqdan sonra üzərinə çiyələkləri düzün.
Sonra darçın və qoz əlavə edin.
1 həftə ərzində hər gün yeyin.


Səhər yeməyindən 30 dəqiqə əvvəl mineral su və qatıq

Qatıq bağırsaq hərəkətlərini tənzimləyir və qəbizliyin qarşısını alır, yağları yandırır.
Qatıq və mineral sudan istifadə edərək qarın piylərindən azad ola bilərsiniz.
1 şüşə mineral su. 3 xörək qaşığı qatıq. Yarım limonun suyu və 1 çay qaşığı toz zəncəfili qarışdırın.
Səhər yeməyindən 30 dəqiqə əvvəl bu qarışığı qəbul edin.
1 həftə tətbiq edin və sonra fasilə verin.