Qarında iç yağları əridən 2 manatlıq vasitə

  • 2023.01.10 14:29
  • 1697 Baxış
Qarında iç yağları əridən 2 manatlıq vasitə

Alimlər məşhur ədviyyatın bir neçə həftə ərzində çəkini azaldıb, piyləri əritdiyini sübut edib.

“Bakupost” xəbər verir ki, visserial yağ qarının iç, daxili divarında yerləşir və daxili orqanları örtür. Belə dərin, çətin yerləşməsi onun idman, masaj və pəhrizlə əridilməsini çətinləşdirir.

Visserial piylənmə orqanizm, qaraciyər üçün çox təhlükəlidir.
Diabet və ürək xəstəliyinə səbəb olur.

Alimlər darçının bu piyi əritdiyi və bel çevrəsini azaltdığını sübut edib.

Darçında olan aldegid maddəsi metobolizmi stimulə edir, bu da piy toxumasının yumşalıb azalmasına, orqanizmin daxili prosesləri ilə piyləri parçalamasına səbəb olur.

Darçın piy hüceyrələrini enerji yandırmağa sövq edir.

İdman, pəhrizdə olanlar darçınlı qida əlavələrindən istifadə etsələr daha yaxşı effekt alar.


Aygün Musayeva