Qarındakı piylər insan üçün ölümcüldür

  • 2023.05.18 16:55
  • 2172 Baxış
Qarındakı piylər insan üçün   ölümcüldür
Britaniya alimləri müəyyən ediblər ki, bel ölçüsü 89 sm olan qadınların 2-ci tip şəkər xəstəliyinə tutulma ehtimalı 3 dəfə çoxdur. Bel ölçüsü 100 sm-ə çatmış kişilərdə risk 5 dəfəyə qədər artır.



“Medicina” xəbər verir ki, İngiltərə Xalq Sağlamlığı Mərkəzindən alınan məlumatlar, bel ətrafında çox miqdarda yağ toplayan insanların sağlamlığı üçün böyük təhlükə yarandığını göstərib.

II tip diabetin bütün qurbanlarının 90% -i artıq çəkili və ya obezdir.

Təkcə Böyük Britaniyada xəstəliyin kəskinləşməsi nəticəsində hər həftə təxminən 100 diabet xəstəsinin ayaqları amputasiya edilir və diabetik korluq yüksəlir.

Tədqiqatçıların fikrincə, bel ölçüsü 74 - 83 sm arasında olan qadınlarda tip 2 diabetin inkişaf riski, beli incə olanlara nisbətən nəzərəçarpacaq dərəcədə yüksəkdir.

Bu müşahidələr bel yağının sağlamlığımızda oynadığı rolu açıq şəkildə nümayiş etdirir. Qarın və bel piyi bud piyindən daha təhlükəli hesab olunur, çünki qana zərərli kimyəvi maddələr buraxır.

Onlar diabet və ürək xəstəliyi riskini də artırır.

Mütəxəssislər 2030-cu ilə qədər Böyük Britaniyanın yetkin əhalisinin təxminən 10%-nin II tip diabetdən əziyyət çəkəcəyini proqnozlaşdırır. Hətta piylənməyə artıq dövlət səviyyəsində nəzarət olmalı, proqramlar hazırlanmalıdır.

Günay Quluzadə