Qarışqa desertini təqdim edən restoranla bağlı araşdırma başlanıb.
Medicina.az xəbər verir ki, Evett restoranının (Seul, Cənubi Koreya) sahibi bir ilə qədər həbs cəzası ilə üzləşə bilər.
İki Michelin ulduzlu restoranda qurudulmuş qara qarışqa ilə sorbet təqdim edilib. Desert sosial mediada görünməyə başladıqdan sonra Evett haqqında araşdırma başlanıb.
Yerli qanuna görə, yalnız müəyyən növ həşəratlar (məsələn, çəyirtkə, un qurdu və ipək qurdu) yeyilə bilər.
Qarışqalar bu siyahıya daxil deyil və buna görə də onları yeməyə əlavə etmək qanun pozuntusu hesab olunur. Prokurorluğun iddiasına görə, qurudulmuş qarışqalar ABŞ və Taylanddan idxal edilib və təxminən dörd il ərzində desertlərdə təqdim edilib.
Aygün Musayeva