Qazaxıstanda 30-a yaxın tibb işçisi koronavirusa yoluxub

  • 2020.04.03 16:25
  • 862 Baxış
Qazaxıstanda 30-a yaxın tibb işçisi koronavirusa yoluxub

Qazaxıstanda koronavirusa yoluxan 453 nəfərin 28-si tibb işçisidir.

Medicina.az bildirir kii, bu barədə Qazaxıstanın Səhiyyə naziri Eljan Birtanov açıqlama verib:

“Karantin müəssisələrində işlədikləri üçün koronavirusa yoluxan tibb işçilərinin sayı 28-ə çatıb”.

O bildirib ki, bu günə qədər ölkədə COVİD-19 yoluxucu xəstəliyi səbəbindən 3 nəfər həyatını itirib. 29 nəfər isə müalicə olunaraq xəstəlikdən sağalıb.