Qazinin 8 ildən sonra əkizləri doğuldu

  • 2022.09.03 15:20
  • 1599 Baxış
Qazinin 8 ildən sonra əkizləri doğuldu

Qarabağ uğrunda gedən döyüşlər zamanı minaya düşərək ayağını itirən qazi Aqil Əsədovun 8 il sonra Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) vaxtından əvvəl dünyaya gələn əkiz qız övladları sağlam şəkildə evə yola salınıb.



Medicina xəbər verir ki, hamiləliyin 28-ci həftəsində gecə saatlarında instituta gətirilən hamilə qadının vəziyyəti ilə əlaqədar olaraq növbətçi həkim tərəfindən təcili olaraq qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Azçəkili körpələr dərhal Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiyası şöbəsinə köçürülüblər.



Diaqnozları ilə əlaqədar olaraq əkiz körpələr bir həftə süni tənəffüs aparatına qoşulub, daha sonra onların CPAP dəstəyində stasionar müalicələri davam etdirilib.



Həkim-neonatoloq Kövsər Azadəliyeva və tibbi heyət tərəfindən iki aylıq müddət ərzində aparılan düzgün müayinə və müalicə nəticəsində hər iki körpə sağlam şəkildə ailəsinə qovuşub.