Qəhvə çox içən qızların süd vəziləri kiçilir

  • 2023.05.10 14:51
  • 1566 Baxış
Qəhvə çox içən qızların süd vəziləri kiçilir
Bəzi qadınlarda qəhvə sinə ölçüsünün azalmasına səbəb olur.

“Medicina” xəbər verir ki, Lund Universitetinin tədqiqatçıları tərəfindən böyük dozada qəhvənin sinə ölçülərinə təsir etdiyi sübut olunub.

Tədqiqat 300 qadının iştirakı ilə aparılıb. Təcrübədə iştirak edən qadınların hər biri bir neçə il ərzində gündəlik qəhvə içib.

Nəticələr göstərib ki, mütəmadi qəhvə içənlərdə içkiyə biganə qalan xanımlara nisbətən süd vəzilərində 17% kiçilmə olub”.

Həkim – diyetoloq Yelena Solomotinanın sözlərinə görə, gündə üç fincandan çox qəhvə nəticəsində müəyyən genə malik qadınlarda süd vəzilərinin ölçüsü həddindən artıq kiçilə bilər.


“Qəhvə estrogen istehsalını azaldır və bununla da bədən yağlarına təsir edir. Yağ miqdarı azalır, bununla birlikdə döşlərdə ölçü kiçilir.

Qəhvənin bu təsiri onun estrogenlərə - qadın cinsi hormonlarına təsiri ilə bağlıdır.

İçkinin tərkibində olan bəzi maddələr qadının metabolizmini dəyişə bilər..

Amma qəhvənin qadınlara bir faydası da var. Kofeinin müntəzəm qəbulu döş xərçənginin inkişaf riskini azalda bilər".

Günay Quluzadə