Qəhvəni soyuducuda saxlamaq düzgün deyil

  • 2026.08.25 17:17
  • 103 Baxış
Qəhvəni soyuducuda saxlamaq düzgün deyil

Bir çox insan qəhvəni mətbəxdə yanlış yerdə saxlayır. Halbuki düzgün saxlanmayan qəhvə qısa müddətdə öz ətrini və dadını itirə bilər.

Medicina.az xəbr verir ki, mütəxəssislər qəhvəni qəhvə maşınının, sobanın və ya günəş düşən pəncərənin yanında saxlamağı məsləhət görmürlər. Bu yerlərdə yaranan istilik qəhvənin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Qəhvəni soyuducuda saxlamaq da düzgün deyil. Rütubət qəhvənin keyfiyyətini poza, həmçinin qəhvə soyuducudakı digər məhsulların qoxusunu özünə çəkə bilər.

Ən yaxşı seçim mətbəxin sərin və qaranlıq hissəsində yerləşən şkafdır. Üyüdülmüş qəhvə isə hava və nəmdən qorunması üçün ağzı kip bağlanan, işıq keçirməyən qabda saxlanmalıdır.

Qəhvə dənələri açıldıqdan sonra təxminən 1-2 ay, üyüdülmüş qəhvə isə 2-3 həftə ərzində öz keyfiyyətini daha yaxşı qoruyur.

Xanım,
Medicina.az