Qeysəriyyə ilə doğulan uşaqları nə gözləyir

  • 2022.08.05 15:53
  • 3880 Baxış
Qeysəriyyə ilə doğulan uşaqları nə gözləyir


Son onilliklərdə astma, allergiya və artıq çəkidən əziyyət çəkən insanların sayı artıb. Bunun səbəbi təkcə ekologiyanın korlanması deyil, həm də doğuş zamanı qeysəriyyə əməliyyatının həddən çox olmasıdır.


Medicina.az xəbər verir ki, bu sözləri immunoloq-allerqoloq, tibb elmləri doktoru, Andrey Prodeus “Sputnik” radiosunun efirində deyib. Həkim bildirib ki, bu gün körpələrin təxminən üçdə biri bu üsulla dünyaya gəlir. Ekspert hesab edir ki, uşaqları “normal immunitet”dən məhrum edən məhz budur.

“Qeysəriyyə əməliyyatı uşağın həyatını xilas edə bilər, amma bəzi hallarda həddindən artıq zərurət olmasa da, edilir. Nəticədə uşaqda problemlər yarana bilər. Əgər körpə qadının doğum kanalından keçmirsə, deməli o, zəruri mikroflora və mikrobiotanı qəbul etmir. Bunsuz normal immunitet formalaşmır. Qeysəriyyə əməliyyatı ilə doğulan körpələrin astma, allergik və təbii yolla doğulan uşaqlara nisbətən kökəlmə ehtimalı təxminən 2,5 dəfə yüksəkdir”, - Prodeus izah edib. /publika/az/