Qəzaya düşən Əməkdar artistin vəziyyəti necədir? - Açıqlama

  • 2021.10.28 15:29
  • 1310 Baxış
Qəzaya düşən Əməkdar artistin vəziyyəti necədir? -  Açıqlama
Oktyabrın 26-da avtomobil vurması nəticəsində xəstəxanalıq olan Əməkdar artist, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Elizbar Osmanovun son vəziyyəti açıqlanıb.

Medicina.az -ın məlumatına görə, yaxınları “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan rəqqasın vəziyyəti orta ağır qiymətləndirilir:

“Daxili qanaxması dayanıb. Huşu yerinə gəlib. USM edəcəklər. Nəticə yaxşı olsa, digər klinikaya köçürüləcək, müalicə olunacaq”.

Qeyd edək ki, E. Osmanovu oktyabrın 26-da avtomobil vurub. Hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.