“Qida hikməti” fenomeni nədir?

  • 2023.06.20 19:23
  • 2081 Baxış
“Qida hikməti” fenomeni nədir?

Alimlər “qida hikməti” fenomeni aşkar ediblər.

İnsanlar sadəcə doymaq üçün yemək yemirlər, həm də intuitiv olaraq bədəni lazımi vitamin və minerallarla təmin edən qidaları və onların birləşmələrini seçirlər.


“Medicina” xəbər verir ki, bu nəticəyə Bristol Universitetinin (Böyük Britaniya) eksperimental psixologiya professoru Ceff Brunstromun rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu gəlib.


Tədqiqatçılar 128 könüllünün iştirakı ilə təcrübə aparıblar. İştirakçılara müxtəlif tərəvəz və meyvələrin şəkilləri göstərilib və onlardan bəyəndiklərini seçmələri xahiş olundu.


Məlum olub ki, insanlar bəzi kombinasiyaları başqalarından daha tez, söz demədən seçirlər, məsələn, alma-banan cütlüyünün alma-göygiləsi cütlüyündən daha populyar olduğu ortaya çıxdı. Brunstrom və onun həmkarlarının fikrincə, bu seçim bir cütdəki mikroelementlərin sayına və müxtəlif vitamin və mineralların balansını necə təmin etdiyinə əsaslanır.


İkinci eksperimentdə tədqiqatçılar Böyük Britaniyada insanların üstünlük verdikləri yeməklər barədə ümummilli sorğu aparıb.


Tədqiqatçılar belə qənaətə gəliblər ki, insanlar intuitiv olaraq pəhrizdə müxtəlif mikroelementlərin miqdarını artıran qida kombinasiyalarından istifadə edirlər.

Beləliklə, qida seçimi göründüyündən daha mürəkkəbdir. İnsanlar sadəcə olaraq, hər şeyi standart olaraq almırlar, onlar üçün daha faydalı olanı seçirlər.

Tədqiqatçı alim Brunstrom bu intuitiv qabiliyyəti "qida müdrikliyi" adlandırıb.

Günay Quliyeva