Qida zəhərlənməsi xəbərdarlığı: 15 dəqiqədən 3 saata kimi

  • 2025.11.26 18:20
  • 54 Baxış
Qida zəhərlənməsi xəbərdarlığı:  15 dəqiqədən 3 saata kimi

Türkiyəli professor dr. Vedat Göral qida zəhərlənməsi ilə bağlı önəmli açıqlamalar verib.

Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, kumpir kimi mayonez əsaslı qidalarda gigiyena vacibdir:



“Stafilokok kimi bakteriyalar uyğun olmayan şəraitdə böyüyə və ürəkbulanma, qusma, aşağı təzyiq, şok kimi simptomlara səbəb ola bilər. Buna görə də, etibarlı yerlərdən almaq və qida hazırlayanların gigiyena qaydalarına riayət etmələrini təmin etmək vacibdir. Bakteriyalarla təmasdan qaynaqlanan ürəkbulanma, qusma, ishal və qarın ağrısı yeməkdən 15 dəqiqədən üç saata qədər baş verə bilər".



Prof. Dr. Göral bildirib ki, gigiyena qida zəhərlənməsində böyük rol oynayır:

"Zəhərlənmə yaşlılarda, uşaqlarda, körpələrdə, hamilə qadınlarda və ya zəifləmiş immunitet sistemi olanlarda vəziyyət ağır ola bilər.

Qidanı hazırlayan şəxsin əlləri, bıçaqları, inqrediyentləri və doğrama taxtaları təmiz olmalıdır. Yeməkdən sonra əllərinizi təmizləməlisiniz.

Yüngül hallarda istirahət və maye qəbul etməklə aradan qaldırıla bilər. Lə05akin orta və ağır hallarda mütləq həkimə müraciət etmək lazımdır".

Aygün
Medicina.az