Qırğızıstan Rusiyanın bioloji laboratoriya təklifindən imtina etdi

  • 2022.04.19 17:23
  • 1933 Baxış
Qırğızıstan Rusiyanın bioloji laboratoriya təklifindən   imtina etdi

Qırğızıstan Rusiyanın ölkədə üçüncü təhlükəsizlik səviyyəli bioloji laboratoriya yaratmaq təklifi ilə razılaşmayıb.

Medicina.az xəbər verir ki, Səhiyyə nazirliyindən bildirilib ki, biolaboratoriyanın inşası ilə bağlı məsələ aprelin 14-də Moskvada Qırğızıstanın baş nazirinin birinci müavini Arzıbek Kojoşev və RF baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda müzakirə olunub.

Tərəflər Qırğızıstanda BSL3 bioloji laboratoriyasının yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar, lakin Qırğız hökuməti bu layihənin həyata keçirilməsinə qarşı çıxıb.