Qırmızı şərabın faydaları

  • 2020.04.01 18:06
  • 19637 Baxış
Qırmızı şərabın faydaları
Qırmızı şərab qocalmanı ləngidir və maddələr mübadiləsinin fəaliyyətinə müsbət təsir göstərir.

Alimlər belə qənaətə gəliblər. Bununla birlikdə, onlar gündə təqribi 150 ml şərab qəbulunun (xroniki xəstəliklər olmadıqda) sağlamlığa müsbət təsir göstəriyini qeyd edirlər.

Şərab xüsusilə sinir sisteminin fəaliyyətinə müsbət təsir edir ki, sağlamlıq problemlərinə səbəb olan da əksər hallarda stresslərdir. Bunu nəzərə alaraq, şərabın xeyrinə bir seçim edirik .Giləmeyvə və meyvələrdə olduğu kimi həqiqətən şərabda da faydalı maddələr var. Gündə bir stəkan keyfiyyətli şərab içmək üçün bir neçə səbəb var :


-Stressdən azad edir və sinir sistemini sakitləşdirir.
- İltihab əleyhinə təsir göstərir (soyuqdəymə zamanı vacibdir).
- Bağırsaq mikroflorasına müsbət təsir göstərir.
- Antioksidan tərkibə malikdir.
- Miyokard işemiyadan qoruyur.
- Diabet inkişaf riskini azaldır.
- Orqanizmdə Omega-3 yağ turşu tərkibini artırır.
- Qan təzyiqini aşağı salır.


Ağ şərabda isə Alzheimer xəstəliyi riskini azaldan faydalı komponentlər var.