Qısa boylu insanlar niyə arıqlaya bilmir?

  • 2023.06.16 21:59
  • 1797 Baxış
Qısa boylu insanlar niyə arıqlaya bilmir?
Qısaboylu insanlar üçün arıqlamaq uzun boylu insanlardan daha çətin ola bilər.


“Medicina” xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ilk baxışdan absurd görünsə də, burada məntiq var. Bir insanın əzələ kütləsi nə qədər çox olarsa, metabolizm sürəti bir o qədər yüksək olar. Həmçinin artıq kalorilərin yanma dərəcəsi bu göstəricidən asılıdır.


Uzun boylu insanlar daha çox əzələlərə malikdirlər, çünki onlar daha uzundur. Qısa boylu insanlar isə nəinki az yemək yeməli, həm də yandırılan kalorilərin sayına təsir edən digər amilləri də nəzərə almalıdırlar. Bunlara məşq, yuxu və hormonlar daxildir.


Düzgün qidalanma və müntəzəm məşq metabolik sürətinizi istədiyiniz nəticəni verəcək sürətə uyğunlaşdırmağa kömək edə bilər. Nəzərə alın ki, qısaboylu insanlar, uzun boylu insanlarla eyni məşqləri və eyni müddət ərzində eyni miqdarda kalori yandıra bilərlər.

Onlar daha çox əzələ kütləsi qazanmağa və daha çox kalori yandırmağa imkan verən güc təliminə diqqət yetirsə daha yaxşıdır.

Yeri gəlmişkən, qısaboylu kişilər hündürboy kişilərlə müqayisədə çox gözəl əzələli bədənə daha tez sahib olurlar.

Günay Quluzadə