Genetika mütəxəssisi Aleksandr Reznikin sözlərinə görə, qısaboylu insanların sağlamlıq problemləri daha azdır.
Medicina.az xəbər verir ki, genetikin sözlərinə görə, uzunboylu insanlar qısaboylu insanlardan daha qısa ömür sürürlər, onlarda xərçəng və digər xəstəliklərə yoluxma halları daha yüksəkdir.
Dəqiq səbəblər isə məlum deyil.
Mütəxəssis qeyd edib ki, 3 elmi tədqiqat qısaboylu insanların uzunömürlülük üstünlüyünü sübut edib. Hər üçü qısaboylu insanların daha uzunömürlü olduğu qənaətinə gəlib.
Qısaboylu kişilər uzunboylu kişilərdən daha tez keçəlləşir.
Aleksandr Reznik əlavə edib ki, bir nəzəriyyəyə görə, uzunboylu insanların daxili orqanları daha böyükdür, yəni onların strukturunda daha çox hüceyrə var. Bu da öz növbəsində hüceyrənin hüceyrə bölünməsi zamanı bədxassəli transformasiyaya uğrama ehtimalını artırır.
Aygün Musayeva