Qışın ən faydalı tərəvəzi elan edildi

  • 2022.12.06 15:50
  • 2781 Baxış
Qışın ən faydalı tərəvəzi    elan edildi
Alimlər çoxsaylı elmi tədqiqatlarla payız, qışda orqanizm üçün ən lazımlı tərəvəzin hansı olduğunu araşdırıb.


"Medicina" xəbər verir ki, dietoloq həkim Tatyana Solnçeva bu tərəvəzin bütün növ kələmlər olduğunu bildirib.

"Təkcə 100 qram tərəvəz lifin gündəlik tələbatının 10%-ni təmin edir.

Kələmin bütün növləri fitonutrientlərlə zəngindir. Brokkolinin tərkibində iltihabla aktiv mübarizə aparan və xərçəngin qarşısının alınmasına kömək edən sulforafan var.

Brüssel kələmində isə sitrus meyvələri və kividən daha çox C vitamini var.

Həmçinin onun tərkibində müəyyən şişlərin, qadınlarda hormondan asılı onkologiyanın inkişafının qarşısını alan çoxlu antioksidantlar, polifenollar var.

Aygün Musayeva

Yeri gəlmişkən, kələmdə olan indol-3-karbinol və askorbigen qadınlar üçün vacibdir, onların estrogenlə əlaqəsini elm adamları sübuta yetirib.

Payız, qışda orqanizmin rezervi tükəndiyi üçün mütləq həftə ərzində müxtəlif kələm növlərindən istifadə etmək lazımdır.

Aygün Musayeva