Qız uşaqlarının reproduktiv sağlamlığını erkən nəzarətə götürmək üçün ideal və vacib yaş açıqlanıb.
“Medicina” xəbər verir ki, rusiyalı ginekoloq Yelena Uvarova  13-14 yaşında ginekoloji müayinənin aktual olduğunu bildirib.
“İldə cəmi 1 dəfə 12-13 yaşdan başlayaraq, analar qızlarını ginekoloji müayinəyə gətirməlidir.  
Hazırda erkən cinsi yetişkənlik və cinsi həyat aktual olduğu üçün burda 1 il belə əhəmiyyətlidir. Qızlar ginekoloqla nə qədər tez tanış olsalar, o qədər yaxşıdır. 
12-13 yaşında hələ menstruasiya olmayan, süd vəziləri yetişməyən qızlar 17 yaşına kimi gözləməməldir. Bu artıq cinsi yetişkənlikdə geri qalmaqdır. 
Dünyada ilk menstruasiya yaşı 11-12 yaş arasıdır.  13 yaş bu baxımdan da pozuntuları aşkar etmək üçün uyğundur. 
Qızlarda 3-5 aydan artıq gecikmə yumurtalıq polikistozunun əlaməti ola bilər. Bu problem erkən yaşda müalicə olunsa, reproduktiv sağlamlıq qoruna bilər”.
Aygün