Qız uşaqlarının qulağını 2-5 aylığında deşdirin - Tanınmış pediatr

  • 2022.08.26 15:43
  • 2395 Baxış
 Qız uşaqlarının qulağını 2-5 aylığında deşdirin  - Tanınmış pediatr

Azərbaycanda qız uşaqlarının qulağında sırğalıq açılması qədimdən adət-ənənədir.


"Medicina" xəbər verir ki, çox vaxt valideynlər körpəni incitməmək üçün onun böyüməsini gözləyir ki, bu prosedur aparılsın.

Pediatr Elşən Tağıyev isə əksinə bu proseduru daha erkən aylarda etdirməyi tövsiyə edir.


"Əgər uşağın qulağını deşdirmək istəyirsizsə, bunu 2-3 aylığına salın. Çünki bu zaman körpə ağrını hiss etsə də onun yerini təyin edə bilmir, əlini qulağına aparmayacaq. 5-6 ayından isə ağrının yerini bilərək, sırğanı dartaraq, qulağını zədələyə bilər.


Əgər bu vaxta çatdırmadınızsa, bunu 5-6 yaşdan sonra etməlisiz. Uşaq hər şeyi başa düşüb anlayanda daha təhlükəsiz olacaq".


Aygün Musayeva