Qızdırması 39-u keçən körpə hər 2 böyrəyiniitirəcəkdi

  • 2022.08.25 14:01
  • 1240 Baxış
Qızdırması 39-u  keçən körpə hər 2 böyrəyini itirəcəkdi

Hər iki böyrəyini itirmək təhlükəsi ilə üz-üzə qalan körpənin əməliyyatı uğurla başa çatıb - Mərkəzi Klinika 25.08.2022 10:07
2 aylıq körpə hər iki böyrəyini də itirmək təhlükəsi ilə üz-üzə qalıb.


"Medicina" xəbər verir ki, valideynləri körpənin qızdırmasının 39-40 dərəcəyə qədər yüksəldiyini görüblər. Üstəlik də yenidoğulmuş yeməkdən imtina etməyə, çəki itirməyə başlayıb, sidiyə çıxma da çətinləşdiyi üçün təcili uşaq uroloqu, cərrah Fuad Hüseynovun müayinəsinə aparır.

Aparılan müayinələr nəticəsində məlum olub ki, uşağı bu vəziyyətə salan səbəb sidik yollarında olan ciddi infeksiyadır. Hər iki böyrəyində ciddi genişlənmə mövcuddur. İnfeksiyanın və genişlənmənin səbəbi sidiyin əks istiqamətdə sidik kisəsindən böyrəklərə geri qayıtmasıdır (grade 5 Vezikoüreteral reflüks). Belə vəziyyətdə gözləmək təhlükəli olduğu və dərman müalicəsinə cavab alınmadığı üçün məcburi 2 aylıq uşaqda cərrahi əməliyyat qərarı verilib. Əməliyyatla müvəqqəti hər iki sidik axarı qarnın ön divarına tikilib.

Körpə 1 gün sonra bütün riskləri geridə qoyaraq nornal evinə yola salınıb. 1 yaşında 2-ci mərhələ cərrahi əməliyyatın icrası nəzərdə tutulur.

Aygün Musayeva