Qocalar evində ahıllara insulin vurub öldürüblər

  • 2022.09.08 15:02
  • 2181 Baxış
Qocalar evində ahıllara insulin vurub öldürüblər

Belçikada qocalar evində qalan 3 nəfər qocanın ayaq barmaqlarının arasına daha çox insulin vurularaq öldürüldüyü müəyyən edilib.



"Medicina" xəbər verir ki, Oostrozebeke qəsəbəsindəki qocalar evində insulinlə törədilən 3 cinayətlə yanaşı, 6 qətlə cəhdin də olduğu üzə çıxıb.


İlk dəfə 2020-ci ilin iyul ayında başladığı bildirilən hadisələrdə qocalar evində qalan bəzi insanlara təxminən 1 il ərzində həddindən artıq dozada insulin verildiyi müəyyən edilib. İynə izlərinin görünməməsi üçün ayaq barmaqları arasında insulinin vurulduğu müəyyən edilib.

Bəzi yaşlı insanlara isə şəkərli diabeti olmadığı halda belə insulin vurulub. 3 qocanın bu səbəbdən öldüyü, 6 nəfərin isə daha çox insulin dozası almasına rəğmə sağ qaldığı da qeydə alınıb. Covid-19 pandemiyası zamanı qocalar evlərinə girişin məhdud olması və insulin inyeksiyalarının qapalı tutulması səbəbindən şübhələr qocalar evində çalışanların üzərində cəmlənir.

Aygün Musayeva