Qonşu ölkədə daha 54 nəfər koronadan öldü

  • 14 Sen 2021 10:49
  • 156 Baxış
Qonşu ölkədə daha 54 nəfər koronadan  öldü
Gürcüstanda ötən sutkada koronavirusa 3 221 yeni yoluxma halı təsdiqlənib, 2 990 nəfər müalicə olunaraq sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Son 24 saat ərzində daha 54 pasiyent vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə 585 036 nəfərin COVID-19 infeksiyasına yoluxduğu müəyyən edilib. Onların 548 951-i sağalıb, 8 287-si ölüb.