Qopmuş əlini ayağına tikib xilas etdilər - Unikal əməliyyat

  • 2021.12.02 16:58
  • 2982 Baxış
 Qopmuş əlini ayağına tikib xilas etdilər   -  Unikal əməliyyat

İşdə qəza zamanı maşında sağ əli biləkdən kəsilmiş gənc kişini Çin cərrahları unikal metodla əməliyyat ediblər.

Dünyada ən çətin əməliyyat hesab edilən prosesdə artıq qola tikilməyə yararlı olmayan əlini ayağına tikiblər.

Medicina.az xəbər verir ki, Çanşa şəhərində yaşayan Syao Veyunun əlinin xilası dünya tibbinə unikal əməliyyat kimi daxil olub.

İlk əvvəl həkimlər əli xilas edə bilməyəcəklərini deyib. Daha sonra biləkdən kəsilmiş əlin sinir və toxumalarının ölməməsi üçün onu həmin tərəfdəki ayağa tikirlər. Bundan sonra digər yara və əlin sağalması ilə məşğul olublar.

1 ay sonra özünə gələn xəstəyə ayaqdakı əli çıxarıb yerinə tikiblər. Əl yerində normal birləşib və işlək halına qayıdıb.
Bu əməliyyatdan sonra Veyu əvvəlki kimi işi ilə məşğul olub.