Qubada 41 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
Medicina.az xəbər verir ki, hadisə dekabrın 15-i saat 00:10 radələrində Quba rayon Dağlı kəndində qeydə alınıb.
Belə ki, rayonun Dağlı kənd sakini 41 yaşlı Atayev Vüqar Qədirağa oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.