Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qubada iki nəfəri "tok" vurdu -  Biri öldü

  • 2025.05.14 14:05
  • 174 Baxış
Qubada iki nəfəri "tok" vurdu -   Biri öldü

Quba rayonunun Əski-İqriq kəndində yerləşən fərdi yaşayış evində iki nəfəri elektrik cərəyanı vurub.

Medicina.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə nəticəsində 2000-ci il təvəllüdlü Əsəd Hüseynquliyev ölüb, 2001-ci il təvəllüdlü Şəmistan Yusubov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qubada iki nəfəri "tok" vurdu -   Biri öldü